|
Gəncədə "Ənənəvi İslam dəyərləri və müasirlik" movzusunda regional konfrans keçirilib (foto)Ölkədə sosial-iqtisadı inkişafla milli-mənəvi sahədəki inkişaf paralel getməlidir. Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə keçirilən “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransda bildirib. M. Qurbanlı qeyd edib ki, ölkədə sosial-iqtisadi inkişaf o qədər sürətlə gedir ki, milli-mənəvi və psixoloji dəyərlər bir qədər ləngiyir. Bu ləngimənin milli adət-ənənələrdə də özünü göstərdiyini deyən komitə sədri bildirib ki, Azərbaycanda az sayda insan başqa dinə etiqad edir. Əhalinin 96-97 faizi İslam dəyərlərinə söykənir. Konfransda, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri, regionun din xadimləri və ilahiyyatçılar iştirak edib. Elmar Vəliyev Azərbaycanın tolerant bir ölkə olduğunu və dövlət tərəfindən dinə daima diqqət və qayğı göstərildiyini bildirib. E. Vəliyev Gəncədə “İmamzadə” dini kompleksinin bərpa olunmasını dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu bildirib. İH başçısı müxtəlif təriqətlərin yayılmaması üçün din xadimlərinin dinin təbliğini düzgün həyata keçirmələrinin vacibliyini bildirib. Millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev çıxış edərək “İslam dünyasında radikalizmin yaranma səbəbləri, tarixilik və müasirlik“ movzusundan danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri və tədbir iştirakçıları konfransdan əvvəl Gəncədə Heydər Əliyevin abidəsini ziyarət edib, “Şah Abbas” Cümə məscidi və “Aleksandr Nevski” Rus provoslav kilsəsi ilə tanış olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2014 17:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |