|
Komitə sədri - "Böyük kəndlərimizdə məscidlər bərbad vəziyyətdədir "(foto)Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib. Qəbulda Goranboy, Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.
Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə,komitə sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib, müraciətlər barəsində birgə fikir mübadiləsi aparıb. Qəbul zamanı dindarlar ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı, yeni məscidlərin tikintisi, dini ədəbiyyat və ləvazimatların satışı mağazalarının fəaliyyətinin tənzimlənməsi, bəzi tarixi əhəmiyyətli məscidlərin bərpası və bir sıra digər şəxsi məsələlər barədə müraciət ediblər. Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, bəzi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələr veriib. Qəbul zamanı komitə sədri bildirib ki, ümumilikdə müəyyən problemlər hələ də var. Bəzi rayonlarımızda, böyük kəndlərimizdə məscidlər bərbad vəziyyətdədir və ibadətlər üçün yerlər çox sıxdır, onunla əlaqədər müraciətlər də olub. M.Qurbanlı mətbuata açıqlamasımda deyib ki,Prezidentin tapşırığı ilə Azərbaycanda bərpa edilməyən tarixi məscid qalmayacaq. Bu istiqamətdə dövlət səviyyəsində hazırlıqlar gedir, işlər planlı və proqram əsasında iş aparılacaq. Komitə sədri bölgə üzrə İslam dini icmalarından da danışıb. Onların qanuna uyğun fəaliyyətində heç bir problemin olmadığını deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2014 17:02 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |