|
|
Qafqazın ən böyük məscidinin açılış tarixi bəlli olduMəscidin açılış mərasiminə prezident İlham Əliyevin qatılacağı gözlənilir Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində inşa edilən Cənubi Qafqazın ən böyük məscid kompleksində son tamamlanma işləri başa çatıb. Ahlibeyt.az-ın simsar.az-a istinadla verdiyi xəbərə görə, məscidə gələn yollar da yenidən təmir olunub. Dini abidə-kompleksi açılış günü üçün tam hazır vəziyyətdədir. Kompleksdən isə o da bildirilib ki, məscidin açılışı dekabrın 24-də keçiriləcək. Mərasimə prezident İlham Əliyev də qatılacaq. Ölkə başçısının gəlişi ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri həyata keçirilib. Qeyd edək ki, məscid prezident İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə inşa olunur. Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub. Məscidin 4 minarəsinin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metirdir. Məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin içərisində xüsusi lift işləyəcək. Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə 350 kvadratmetrdir. Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Dekabr, 2014 15:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |