|
|
Din xadimləri üçün təşkil olunan Təkmilləşdirmə Kurslarının növbəti buraxılışı olubBu gün Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil edilən Təkmilləşdirmə Kurslarının növbəti buraxılışı olub.
Ahlibeyt.az-ın məlumatına görə, bu münasibətlə keçirilən tədbiri açan QMİ sədrinin müavini Hacı Salman Musayev və Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli müdavimləri təbrik edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlarını mərasim iştirakçılarına çatdıran Hacı Sabir Həsənli Təkmilləşdirmə Kurslarının əhəmiyyətini vurğulayıb, bu layihənin davamlı həyata keçməsinə dəstək verən ölkə başçısı İlham Əliyevə dindarlarımız adınadan minnətdarlığını bildirib. Hacı Salman Musayev Azərbaycanda din-dövlət münasibətləri, bu sahədə son illər görülən işlər və din xadimləri qarşısında duran vəzifələr barədə ətraflı danışıb, müdavimlərə tapşırıqlarını verib. Tədbirin sonunda Təkmilləşdirmə Kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub, Qurani-Kərim hədiyyə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Dekabr, 2014 10:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |