|
Gürcüstanda 46 nəfər din xadimi axund və imam xətib olaraq məscidlərdə rəsmi fəaliyyət göstərmək üçün təyin olunub(foto)Azərbaycanlı müsəlmanların kompakt yaşadığı Marneuli rayonunda yeni inşa edilmiş və hazırda təmir halında olan “İmam Hüseyn (ə)” adına məsciddə ümumilikdə sayı 46 nəfərdən ibarət din xadimi axund və imam xətib olaraq kəndlərdə rəsmən fəaliyyət göstərmək üçün təyin olunublar. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, təyinat mərasimində din xadimləri və dindarlarla yanaşı rayon rəhbərlikləri, ağsaqqallar və ziyalılar da iştirak edib. Məclisi Quranın tilavətindən sonra rayonun baş axundu Hacı Əziz Nəbiyev açaraq, mərasimlə bağlı məlumat verdikdən sonra çıxış üçün sözü din rəhbərlərinə verib. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin və müfti Hacı Yasin çıxışlarında ölkədə dini vəziyyət, gələcək proqram, görülən işlər və yeniliklər barəsində məclis iştirakçılarını məlumatlandırdıqdan sonra ruhanilərə əmr və məsuliyyətlərini bildirən vərəqələr təqdim etdilər. Onlara gələcək dini, mənəvi fəaliyyətlərində uğurlar arzuladılar. Fəaliyyətləri boyunca dini vəhdəti hifz edərək sağlam – xurafatdan, ifratçılıqdan uzaq İslamın təlim və təbliği, xalqa xidmət və dinin keşiyində durmaqla dövlətdə dinlərarası sülh və səmimiyyətin inkişafı sahəsində tövsiyələr verdilər. Marneuli rayon İcra hakimi Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və nazir müşaviri Zaur Darğallı tədbirlə bağlı fikirlərini bildirərək ölkədə vətəndaşların dini inanclarını azad şəkildə yaşamasından və dövlətin bu sahəyə göstərdiyi dəstəkdən söz açmışlar. Dövlət rəsmiləri yeni təyin olunan din xadimlərini təbrik edib onlara hər zaman dəstək olacaqlarını bildirdilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2014 13:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |