|
|
QMİ-nin Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandakı məscid və nümayəndəliklərində Heydər Əliyevin anma mərasimləri keçirilibBu gün - mərhum prezident Heydər Əliyevi anım günündə Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərin hamısında Heydər Əliyevin xatirəsi yad edilib. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir ki,məscidlərdə mərhum prezident Heydər Əliyevin ruhuna dualar oxunub. Məlumatda qeyd olunur ki, bu gün cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulanıb.Dindarlar bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar ediblər.
Heydər Əliyevin əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib. Eyni zamanda QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri keçirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2014 16:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |