Ahlibeyt.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq daxili işlər nazirinin müavini Əqil Əl-Xəzəli Kərbəlanın təhlükəsizlik qüvvələrinin hazırlığını nəzərdən keçirəndən sonra deyib ki, Kərbəlada Hüseyn(ə) ərbəini mərasiminin təhlükəsizliyinin yaradılması məqsədilə görülmüş təhlükəsizlik tədbirləri münasibdir.
İraqın baş naziri Heydər Əlibadi Hüseyn(ə) zəvvarlarına xidmət göstərilməsi vəziyyəti və təhlükəsizlik tədbirlərindən əmin olmaq üçün bazar ertəsi günü müqəddəs Kərbəla şəhərinə səfər edib.
İraq daxili işlər naziri Muhəmməd Salim Əlğəban da zəvvarların təhlükəsizliklərinin bərqərarı ilə bağlı tədbirlərdən əmin olmaq üçün Kərbəla valisi ilə yanaşı, müqəddəs Kərbəla şəhərinin müxtəlif məntəqələrinə baxış keçirib. O, zəvvarların təhlükəsizliklərinin təmini və onların rifahı üzrə xidmətlərlə tanış olub.
O həmçinin bildirib ki,İraqın bir neçə bölgəsi İŞİD terrorçularından azad olunaraq Samirra bağdad yolu təmamən təmizlənmiş və ziyarətçilərin təhlükəsizliyi təmin edilmişdir.
Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla müsəlman İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı günü, ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya axışır.Bu böyük yürüş və əzadarlıq peyğəmbər Əhli-beytinə olan məhəbbət və məhdəviyyət yolunda atılmış addımlar.