إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Tehranda beynəlxalq konfransda iştirak edəcək

Dekabrın 9-10-da Tehranda “Ekstremizmə və ifratçılığa qarşı bir dünya” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Dünyanın 50-dən çox ölkəsindən nümayəndənin iştirak edəcəyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edəcək. Səyyad Salahlı beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.
Konfransda müxtəlif ölkələrdən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.

Tədbirdə İslam dininə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasına dair fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2014  16:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!