|
Hacı Şahin Həsənli -Məscid yandırmaq Azərbaycan insanının düşüncə məhsulu deyil“Qaraçuxur məscidi”nin yandırılması daha çox xarici təsirin nəticəsinə oxşayır və bu, ölkənin içindən qaynaqlanmır”. Ahlibeyt.az-ın contact.az-a istinadən verdiyi məlumata görə, bunu “Məşədi Dadaş" məscidi icmasının imam cüməsi ilahiyyatçı alim Hacı Şahin Həsənli bunu Turan-a məscidin yandırılmasını şərh edərkən söyləyib. “Görünür, kimlərsə Suriyadakı terror qruplaşmaları arasındakı münasibətləri Azərbaycana gətirmək istəyir, amma buna nail ola bilməyəcəklər”, - deyə Ş.Həsənli mövqe ifadə edib. Onun fikrincə, ölkə daxilində dini zəmində tolerantlıq hökm sürür və məscidin yandırılması kimi düşüncə ölkənin içindən qaynaqlanmır. O, bu cinayət faktının araşdırılmasını hüquq-mühafizə orqanlarının işi adlandırıb. “Amma bizlər cəmiyyət olaraq belə halların kökünü kəsmək üçün səfərbər olmalıyıq, belə cinayətkarlara təpki göstərməliyik”, - deyə Ş.Həsənli cəmiyyətin üzərinə düşən rola toxunub. O, məscidin yandırılmasını açıq-aşkar təxribat, dinlə əlaqəsi olmayan şəxslərin cianyət əməli kimi dəyərləndirib. Bu məsələdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Ş.Həsənli ölkədə mövcud olan məzhəblərarası tolerant münasibətləri qorumağın vacibliyinə diqqət çəkib. “Dini vəhdət, qardaşlıq, mehribanlıq qorunmalıdır, məscid yandırmaq Azərbaycan insanının düşüncəsinin məhsulu deyil, ola da bilməz, çünki heç bir azərbaycanlı məscidi yandırmağı ağlının ucundan belə keçirmir, ona görə deyirəm ki, bu nədirsə, xaricdən gələn ştrixdir”, deyə Ş. Həsənli qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2014 21:36 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |