|
|
Mübariz Qurbanlı - "Bizim qadınlarımızın geyimlərinin, hicablarının da özünəməxsusluğu var”“Bu gün Qərb ölkələrində ailə institutu aradan çıxmaqda, Azərbaycanda isə güclənməkdədir”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, Qərb ölkələrində boşanma statistikaları çox görünmür: “Qərb ölkələrində ailə qurulmursa, 70 faiz vətəndaş nikahı ilə yaşayırlarsa, qurulmayan ailə necə dağıla bilər? Azərbaycanda isə əsaslı ailələr qurulur. Biz islami ənənələrimizi qorumalıyıq. İslami dəyərlər sərhədi keçib xurafata yönələndə onu qorumaq yox, ona qarşı çıxmaq lazımdır. Qadınlarımız hicabla bağlı məsələlərdə kimlərinsə hansısa ölkədə etdiklərini burada təkrar edəndə təəssüflənirik. Bizim qadınlarımızın geyimlərinin, hicablarının da özünəməxsusluğu var”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2014 11:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |