|
Qaraçuxurda məscid qəsdən yandırılıb-Şübhəlilər axtarılır Qaraçuxurda məscidin qəsdən yandırılması barədə Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsinə məlumat daxil olub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə Suraxanı rayon Polis İdarəsindən ANS-ə verilən məlumatda bildirilir ki, bu barədə məscidin gözətçisi şikayət edib.
Məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib. O, məsciddə yanğın barədə xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.
Polis hadisənin iki naməlum şəxs tərəfindən törədildiyini ehtimal edir. Müşahidə kameraları vasitəsilə həmin şəxsləri məscidə gətirən taksi sürücüsü müəyyənləşdirilib. İndi onun ifadəsi əsasında həmin şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar başlanıb.
Bu gecə ikinin yarısında 2 nəfər şəxs 5-6 ədəd yarımlitrlik şüşəyə yandırıcı maddə töküblər. Sonra isə məscidin qapısı sındırılıb. Onlar alovu içəri atıblar. Həmin şəxslər barəsində araşdırma aparılır. Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.
Əldə etdiyimiz məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov "Qafqazinfo"-ya bildirib ki,“Bəziləri məscidin yandırılmasında səbəbkar kimi sünniləri, bəziləri isə şiələri təqsirləndirirlər. Biz isə burada üçüncü bir qüvvənin iştirak etdiyini düşünürük. Onlar ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyirlər”.
O qeyd edib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər:” Hazırda da Məhərrəmlik ayıdır. Onlar hər gün orada ibadət edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2014 19:22 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |