|
|
Qafqazın ən böyük məscidinin minarələri hazır vəziyyətə gətirilib (FOTOLENT)Bakının Binəqədi rayonu ərazisində tikilən Qafqazın ən böyük məscidində minarələr işıqlandırılaraq tam hazır vəziyyətə gətitilib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, artıq məscid kompleksinin həyətinə qazon örtüyü vurulub, həyətinə beton tökülüb, fəvvarələr hazır vəziyyətə gətirilib. Bundan başqa məscidə gələn yolun bütün hissəsi işıqlandırılıb və asfalt çəkilib. Qeyd edək ki, bu məscid kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb. Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir. Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2014 15:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |