إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Fatimeyi - Zəhra" məscidinin icma rəhbəri - Hazırki icma tam fəaliyyətdədir və icmanın qeydiyyada alınması üçün lazımi qurumlara müraciət edilib

Yeni İcma sədri İlqar Abdullayev "Xanım Fatimeyi Zəhra Məscidi" Dini İcmasının ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib

Mətbuatda dolaşan şayiələr, sosial şəbəkələrdə yayılan məlumatlarlda bildirilir ki, "Xanım Fatimeyi Zəhra Məscidi" Dini İcması ləğv edilib, məscidin fəaliyyəti dayandırılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə İslamazeri.az məsələ ilə bağlı Xanım Fatimeyi Zəhra məscidinin dini icmasının sədri Hacı İlqar Abdullayevlə əlaqə saxlayaraq yaranmış narahatçılıqla bağlı məsələyə aydınlıq gətirib.

 

İlqar Abdullayev bildirib: "Mətbuatda gedən xəbər düzdür. Lakin adı çəkilən icma Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş və daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən fəaliyyətsizliyinə görə ləğv olunması ilə bağlı məhkəməyə verilmiş və qeydiyyatı ləğv olunmuş icmadır.

Keçmiş icma Apellyasiya və Ali Məhkəməyə müraciət etsə də, məhkəmələr ilk məhkəmənin qərarını, yəni icmanın ləğv olunması ilə bağlı çıxarılan qərarı qüvvədə saxlayıb. Bunun hazırda fəaliyyətdə olan "Xanım Fatimeyi Zəhra Məscidi" Dini İcması ilə heç bir əlaqəsi yoxdur.

Hazırki icma tam fəaliyyətdədir və icmanın qeydiyyada alınması üçün lazımi qurumlara müraciət edilib, lazım olan sənədlər təqdim olunub. Ümid edirik ki, tez bir zamanda bizim icmamız qeydiyyata alınacaq. Hazırki icmanın fəaliyyətinə hər hansı maneə törədilmir. Buradan möminlərə də bildiririk ki, narahatçılığa heç bir əsas yoxdur."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2014  12:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!