|
|
DQİDK sədri Mübariz Qurbanlı Hacı Şahin Həsənli ilə görüşübBu gün sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə İlahiyyatçı alim, “Məşədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənli arasında görüş keçirilməsi barədə xəbərlər yayılıb. İstifadəçilər fərqli formada bu görüşə şərh verir, baş vermə səbəblərinə aydınlıq gətirməyə cəhd edirdilər. Ahlibeyt.az-ın verdiyi məlumata görə İslam.az məsələyə aydınlıq gətirilməsi üçün Hacı Şahin Həsənli ilə əlaqə saxlayıb. - Belə bir görüş həqiqətən baş tutdu. Ümumilikdə Azərbaycandakı dini sahədəki durum müzakirə olundu. Bizim dini icma əvvəllər də DQİDK ilə sıx əməkdaşlıq edib və bu əməkdaşlığın gələcəkdə də davam etməsi barədə fikir mübadiləsi aparıldı. Komitə sədri bildirdi ki, dövlət bundan sonra da Azərbaycandakı ənənəvi məzhəblərə qayğı göstərəcək və ciddi dəstək verəcək. Eyni zamanda radikal dini cərəyanlar haqqında fikir mübadiləsi apardıq. Qeyd olundu ki, bu sahədə gənclərimizin dini cəhətdən maariflənməsi və düzgün İslamı anlaması üçün din xadimlərinin üzərinə ciddi vəzifələr düşür. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2014 19:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |