|
Ali Məhkəmə "Fatimeyi-Zəhra" məscidi keçmiş dini icmasının qeydiyyatının ləğvinə dair qərarı qüvvədə saxladıAli Məhkəmə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidi keçmiş dini icmasının qeydiyyatının ləğvinə dair qərarı qüvvədə saxlayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Fatimeyi-Zəhra adına məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb. Qeyd edək ki, DQİDK qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdi. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi isə iddia ərizəsini təmin edərək “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul etmişdi. Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlamışdı. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Noyabrın 13-də kassasiya şikayətinə baxan Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib. Qeyd edək ki,sözügedən məscidin yeni icması öz fəaliyyətini davam etdirir və dövlət qeydiyyatından keçirilməsi üçün sənədlərin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunması istiqamətində işlər aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2014 18:16 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |