|
|
Allahşükür Paşazadə - "Əl-Əqsa" məscidi ətrafında baş verən hadisələr dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilərDünya “əl-Əqsa” məscidi ətrafında baş verən hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmasa, bu, gələcəkdə dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə “Əl-Əqsa” məscidi ətrafında baş verən proseslərə münasibət bildirərkən deyib. A.Paşazadə bildirib ki, baş verənlər təkcə müsəlmanların deyil, dünyanın bütün dindarlarının problemidir. Şeyxülislam vurğulayıb ki, müsəlmanların Kəbədən sonra ikinci ən müqəddəs məkanı olan “əl-Əqsa” İslam dini və müsəlmanlarla yanaşı, bütün səmavi dinlər üçün də müqəddəsdir. QMİ sədri prosesləri ciddi narahatlıqla izlədiyini, məsələdə sağlam düşüncənin, ağıl və imanın qələbəsinə inandığını söyləyib və əlavə edib ki, rəhbərlik etdiyi dini mərkəz mövzu ilə bağlı yaxın günlərdə xüsusi açıqlama verəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2014 17:32 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |