|
Azərbaycan və İran mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, islamafobiya və digər separatçılıq hallarına qarşı mübarizəni davam etdirməkdə qərarlıdırBakıda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasındakı danışıqların nəticəsi olaraq Birgə Bəyannamə qəbul edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannəmədə bəyannamədə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiqlədikləri qeyd ediblər. Azərbaycan və İran beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər. Eyni zamanda tərəflər terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etdiklərini, tolerantlığa əsaslanan və multikulturalizm tarixi mirasları ilə mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, həmçinin islamafobiya, irqçilik, zorakılıq və digər separatçılıq meyillərinə və hallarına qarşı mübarizəni davam etdirmək istiqamətində qərarlı olduqlarını bir daha bəyan etdilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2014 12:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |