إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı “Əl-Əqsə məsçidi ilə bağlı yaranan gərginliyə münasibət bildirib

“Müsəlman dünyasının müqəddəs ocaqlarından olan Qüdsdəki əl-Əqsə məsçidinə bir qrup şəxs hücum edib. Əl-Əqsə məsçidi müsəlmanlar üçün Kəbə qədər əhəmiyyət kəsb edir. Buna görə də bu məsçidlə bağlı yaranan söz-söhbətlər və baş verən hadisələr çox təhlükəli nəticələr verə bilər”.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Qəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda keçirilən regional konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı əl-Əqsə məsçidi ilə bağlı baş verən hadisələrin danışıqlar yolu ilə həll ediləcəyinə inandığını bildirib: “Hesab edirəm ki, bu məsçidin uçurulması və ya sökülməsi baş verməyəcək. Çünki, bu hadisə İslam dünyası ilə yəhudi dünyası arasında qarşıdurmaya gətirib çıxara bilər. Eyni zamanda uzun müddət ərəb ölkələri ilə İsrail arasında olan bəzi razılaşmalara da zərbə vura bilər. Bilirsiniz ki, Kemp Devid razılaşmasından sonra ərəb dünyası ilə İsrail arasında bir sıra məsələlərdə razılıq əldə olunub və bölgədə proses sülh şəraitində davam edib. Ona görə də əl-Əqsə məsçidi ətrafında baş verən hadisələrə çox səbrlə və ehtiyatla yanaşmaq lazımdır. Mən hesab edirəm ki, bu məsçidlə bağlı məsələdə İsrail və Fələstin, eləcə də ərəb ölkələri ümumi razılığa gələrək, məsələnin böyüməsinə imkan verməməlidirlər. Qafqaz Müsəlmanları İdarəsi də bununla bağlı öz mövqeyini açıqlayıb. Biz də bu məsçidlə bağlı məsələnin sülh yolu ilə həll olunmasını istəyirik.

 

Qeyd edək ki,İsrail işğalı altında olan Əl Əqsa məscidi mütəmadi olaraq İsrail polisi və  ortodoksal yəhudi yerləşimçilər tərəfindən hücumlara məruz qalır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2014  12:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!