|
|
Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanacaqPrezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə bunu Trend-ə hazırda Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib. Ə.Əlilu bildirib ki, aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq. Qeyd edək ki, bundan öncə İranın Azərabycandakı səfiri Möhsün Pakayin demişdi ki, Bakı-Məşhəd aviareysinin açılması üçün “Azərbaycan Hava Yolları” QSC və “İran Air” şirkətləri arasında müzakirələr aparılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2014 11:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |