|
|
Aşura günü 4043 nəfər qan verib(foto)Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Ahlibeyt.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətiə istinadən verilən xəbərə görə, aksiya Bakı şəhərində “Mirmövsüm ağa”, “Təzəpir”, “Bibiheybət”, “Cümə”, “Qaraçuxur”, “Hacı Sultanəli” Keşlə qəsəbəsi məscidlərində, Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə "İmamzadə" məscidində, Lənkəran məscidində qanvermə aksiyaları təşkil edilib. “Aşura günü” ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 4 min 43 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2014 17:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |