|
|
Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılırDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDQ) Odlar Yurdu Universiteti ilə birgə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib.
Ahlibeyt.az-ın verdiyi məlumata görə, universitet rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi konfansı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq, bildirib ki, DQİDQ ilə birgə belə bir konfransın keçirilməsi məhz bu ehtiyacdan yaranıb. DQİDQ-ın sədri Mübariz Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O,gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir. Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2014 18:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |