|
|
Gürcüstanda məscidlərlə bağlı təxribatlar ermənilərin və Azərbaycanla münasibətləri pozmaq istəyən digər qrupların əməlləridir “Gürcüstanda son günlər azərbaycanlıların yaşadığı ərazilərdə məscidlərdə törədilən təxribatların arxasında üçüncü qüvvənin əli var”.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bunu Apa-ya müsahibəsində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı qeyd edib ki, üçüncü qüvvə dedikdə ermənilər və digər Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq istəyən qrupları nəzərdə tutur: “Bu qruplar təxribatlar vasitəsi ilə Gürcüstanda dini zəmində qarşıdurma yaratmaq istəyirlər. Biz hesab edirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən Gürcüstan parlamentində olan azərbaycanlı deputatlar, oradakı din nümayəndələrimiz bu təxribatları yaxşı görməlidirlər və görürlər. Biz təmkinli xalqıq və təmkinimizi də nümayiş etdiririk”.
Komitə sədri bildirib ki, bu məsələ onun Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdə də geniş müzakirə olunub: “Bundan başqa, Gürcüstanda dini məsələlər ilə bağlı yeni yaradılan idarənin rəhbərini Azərbaycana dəvət edəcəyik və onunla da məxsusi söhbətimiz olacaq. Hazırda Gürcüstan tərəfi bizə bildirir ki, bu baş verənlər ölkə hüquq-mühafizə orqanlarının diqqətindədir və lazımı ölçülər götürüləcək”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2014 11:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |