|
M Qurbanlı -"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik""Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir". Ahlibeyt.az-ın Trend-ə istinadən xəbərə görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə bildirib. DQİDK sədri deyib ki, İslam dünyasının içində problemlər yaratmaq istəyən qüvvələr var. İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna mane olmağa çalışıblar: "Harda qan tökülürsə, orada müsəlman görürük. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir. İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar". M.Qurbanlı "İslam Dövləti" terrorçularının əməllərinə də münasibət bildirib və onu yolverilməz adlandırıb: "Bizdə olan məlumatlara və kəşfiyyat məlumatlarına görə, İŞİD deyilən qruplaşmada kənardan gələnlərin içində azərbaycanlılar ən az sayda olanlardır". Onun fikrincə, Azərbaycanda hamı, o cümlədən din xadimləri bu cür radikallığa qarşı çıxmalıdırlar: "Kimsə qan çıxarmaq istəyirsə, bunu Mübariz İbrahimov kimi etməlidir". O, qeyd edib ki, ötən əsrin əvvəllərində də Azərbaycanda şiə və sünni məzhəbləri arasında qarşıdurma yaratmağa çalışıblar. Lakin məzhəb liderlərinin müdrikliyi nəticəsində buna yol verilməyib: "Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət dərsi götürmək lazımdır. Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb". M.Qurbanlı bildirib ki, Azərbaycanda dini sabitlik yüksək səviyyədədir və ölkədə dinə münasibət qanunlarla tənmzimlənir. Azərbaycanda Məhərrəm ayının başlanması və Aşura gününün qeyd edilməsi məsələsinə toxunan Dövlət Komitəsi sədri deyib ki, peyğəmbərin (s) nəvəsi İmam Hüseynə (ə.s) silah qaldırmış şəxsləri İslam dünyası bəyənməyib. Həmin şəxslər İslamın dəyərlərində özlərinə yer tapmayıblar, lakin Kərbəla şəhidləri İslamın dəyərlərində özlərinə yer tapıblar: "Biz Kərbəladakı şəhidlik zirvəsini qeyd edərkən, Azərbaycanda Qarabağ müharibəsini, şəhidlərimizi də xatırlamalıyıq". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2014 13:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |