|
|
Allahşükür Paşazadə - "İŞİD" Qərb dövlətlərinin və onların bölgədəki köməkçilərinin yaratdıqları qüvvələrdirQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə İslam dininin adından istifadə edərək terror əməlləri törədən "İslam Dövləti" probleminə toxunub. Ahlibeyt.az xəbər verir ki, Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib ki, "İŞİD" Qərb dövlətlərinin və onların bölgədəki köməkçilərinin yaratdıqları qüvvələrdir: "İslam dini adı altında baş kəsirlər. Bu yolverilməzdir, cinayətdir. "Allahu Əkbər!" deməklə insanın başını necə kəsmək olar?". Onun sözlərinə görə, Azərbaycanda da bu cür qarışıqlıqlar, dini iğtişaşlar yaratmaq istəyənlərə imkan verilməyəcək: "Biz bir-birimizə arxa olsaq, heç kim bizə təsir edə bilməz". QMİ sədri qeyd edib ki, "Azərbaycanda sünnilərlə şiələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var". A.Paşazadə sünni imamları və şiə axundlarına bu məsələdə ciddi şəkildə ehtiyatlı olmağı, eləcə də keçirilən mərasimlərdə moizələrinə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, onlar hələ ki, buna məscidlərdən başlayırlar. Lakin onlara şərait yaradılsa, sonra bütün ölkədə başqa ixtişaşlar yaradarlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2014 13:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |