|
|
Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edilib"Hansı məbəd onlar üçün nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq". Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında elan edilib. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə QMİ-nin sədr müavini müfti Hacı Salman Musayev bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib. Hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur: "Bu qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Hansı məbəd nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq". Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub. Xatırladaq ki, "Azəriqaz" İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2014 13:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |