إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İranın vitse-prezidenti Bibiheybət məscidini ziyarət etdi(foto)

Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda İƏT-in qadın məsələləri üzrənazirlərinin V Beynəlxalq Konfransında iştirak etmək üçün Azərbaycana gələn İran İslam Respublikasının vitse-prezidenti, İranın Qadın və Ailə Məsələləri üzrə naziri, xanım Şəhindoxt Mollaverdi Bibiheybət məscidini ziyarət edib.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev qonağa ən qədim və böyük dini abidələrimizdən biri sayılan Bibiheybət məscidinin tarixi barədə ətraflı məlumat verib və bildirib ki, yeddinci İmamın (ə) - İmam Museyi Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı burada yerləşdiyindən məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.

Kommunist rejiminin dini abidələrə hücumu zamanı sözügedən məscidin söküldüyünə diqqət çəkən axund R. Babayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidinin bərpasına başlanıldığını, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə ərazidə möhtəşəm məscid-kompleksin inşa edildiyini vurğulayıb.

İran İslam Respublikasının vitse-prezidenti Şəhindoxt Mollaverdi Xanım Həkimənin (ə) məzarını ziyarət edib, məscid-komplekslə yaxından tanış olub, burada yaradılan muzeyin eksponatlarına baxıb.

Qonağa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri adından hədiyə təqdim olunub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova da iştirak edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2014  19:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!