|
|
Mübariz Qurbanlı -“Dini bayram və mərasimlərdə xeyriyyə tədbirlərinin keçirilməsinə heç bir məhdudiyyət qoyulmur”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, qəbulda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının sakinləri iştirak edib.
Qəbul zamanı əsasən adı çəkilən rayonların axundları, din xadimləri, dini icmaların rəhbərləri və digər sakinlər komitə sədrinə müxtəlif məzmunlarda müraciətlər edib.
Müraciətlərdə əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təchizatı və təminatı kimi suallar yer alıb. Bəzi müraciətlər yerində öz həllini tapıb. Bəzilərinin həll olunması üçün göstərişlər verilib. Komitə sədri müraciətlərin bəzilərinə tövsiyə xarakterli cavablar verib.
Mübariz Qurbanlı deyib ki, yas mərasimlərində həddindən artıq israfçılıq, eyni zamanda məzarlıqların dəbdəbəli salınması din tərəfindən də yolverilməzdir: “Biz də sadəcə, insanlara bunların yolverilməz olduğunu xatırladaraq, onlara tövsiyə edirik ki, yas mərasimləri zamanı israfçılığa və ifrata varmaq olmaz. Yas mərasimləri istisna olmaqla digər dini bayram və mərasimlərdə xeyriyyə tədbirlərinin keçirilməsinə isə heç bir məhdudiyyət qoyulmur”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2014 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |