Ahlibeyt.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Komissiyanın əsas məqsədləri barədə məlumat verib. M.Qurbanlı dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib.
Dinşünaslıq üzrə Komissiyanın Əsasnaməsinin lahiyəsi ilə tanışlıqdan sonra tədbirə dəvət olunmuş alimlər fikir və təkliflərini bildirdilər. Komissiyanın yaradılmasını yüksək dəyərləndirən alimlər onun fəaliyyətinin ölkədəki dini duruma və maarifləndirmə prossesinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.