إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda Qədir-Xum bayramı münasibətilə tədbir keçirilib(fotolent)

Bakıda İraqın Azərbaycandakı səfirliyi və İraqın “İmam Əli Hərəmi” heyətinin təşkilatçılığı ilə Qədir-Xum bayramına həsr olunmuş tədbir keçirilib.

 

Ahlibeyt.az-ın Apa-ya  istinadən verdoyiməlumata görə, tədbirdə çıxış edən İraqdakı “İmam Əli Hərəmi”nin Azərbaycan üzrə nümayəndəsi Hacı Atif İsmayılov bildirib ki, bayram Məhəmməd Peyğəmbərin bütün müsəlmanları Qədir-Xum adlı yerdə toplayıb, İmam Əlini özünün canişini və varisi təyin etməsi ilə bağlıdır: “Bu günün özəlliyi islama Həzrəti Peyğəmbərdən sonra onun vəzifəsini icra etməyə layiqli bir şəxs təyin etməsindən ibarətdir. Peyğəmbər son Həcc mərasimindən qayıdandan sonra insanlara dini və dünyəvi məsələlərdə qayıdış yeri olan imamlarımızı rəhbər təyin etməsi məhz Qədir-Xum bayramında olub”.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullah çıxışında bayramın tarixi və əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Qədir-Xum hadisəsi islam tarixinin ən şərəfli, ən şanlı səhifələrindən biridir: “Bu bayramın tarixi mənşəyi peyğəmbərimizin Qədir-Xum adlı yerdə söylədiyi xütbə əsasında başlayıb. Məhz bu gün Məhəmməd Peyğəmbərin buyruğuna əsasən Həzrəti Əli canişin təyin edilib. Bu bayram bütün müsəlmanların təsdiq etdiyi bir bayramdır. Bəzi hədislərə görə, Qədir-Xum bayramların ən gözəlidir”.

 

İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak qeyd edib ki, Qədir-Xum bayramı təkcə şiə məzhəbinə mənsub olanlara deyil, bütün müsəlmanlara aiddir. Onun sözlərinə görə, İmam Əli ədaləti, şücaəti və səxavəti ilə tarixdə iz qoyub.

 

Tədbirin digər iştirakçıları da bayramın tarixi əhəmiyyəti barədə çıxışlar ediblər.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2014  17:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!