|
Allahşükür Paşazadə İranın ali dini liderini Azərbaycana dəvət edibQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edib.
Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Allahşükür Paşazadə deyib ki, bu gün bütün müsəlman aləminin bayramı - Qədir-Xum bayramı, Hz. Əlinin (ə.s) Məhəmməd Peyğəmbərin (s.ə.a.s) davamçısı elan olunduğu gündür. O, bayram münasibətilə iranlı qonaqları təbrik edib.
A. Paşazadə İranın ali dini lideri Əli Xamneyiyə Allahdan şəfalar diləyib. O, Ə. Xamneyini Azərbaycana dəvət etdiyini, lakin bu səfərin baş tutub-tutmayacağı barədə məlumatsız olduğunu söyləyib.
İ. Zərqami də öz növbəsində Qədir-Xum bayramı münasibətilə şeyxülislamı təbrik edib və deyib ki, A. Paşazadənin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasında xüsusi rolu və əməyi var. Onun sözlərinə görə, müasir dünyada İslamın olduğu kimi təbliğ olunmasına ehtiyac yaranıb və bu məsələdə KİV xüsusi rol oynamalıdır. Hazırda İranda 160-a yaxın radio və televiziya qurumunun olduğunu vurğulayan qonaq onların 29 peyk vasitəsilə bütün dünyaya yayıldığını nəzərə çatdırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2014 14:16 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |