إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Vüsal Hətəmov - Çox təəssüf ki, sağlam dini maarifləndirmə sahəsində neqativ hallara rast gəlinir

Dini maarifləndirmə ən çox ilahiyyatçıların üzərinə düşür. İlahiyyatçıların din təbliği məsələsində hər hansı bir nöqsanı cəmiyyətdə ağır fəsadlara yol açır. Bəs görəsən, ilahiyyatçı hansı göstəricilərə malik olmalıdır?!

Ahlibeyt.az-ın verdiyi xəbərə görə mövzu ilə əlaqədar AMEA-nın şərqşünaslıq institutunun dissertantı,Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov İslam.az saytına açıqlama verib:

“Çox təəssüf ki, sağlam dini maarifləndirmə sahəsində neqativ hallara rast gəlinir.  Bəzən ölkədə və ölkədən xaricdə dini təhsil almış şəxslər, mübəlliğ (dini təbliğatçı) və dini sahələr üzrə müəlllim kimi fəaliyyət göstərmək əvəzinə, ictimai-siyasi proseslərə çaşdırıcı, dəyişilməz ehkam xarakterli münasibət bildirir. Səbəb budur ki, ilahiyyatçı din sahəsində yetərincə bilgiyə malik deyil, ona görə də öz işi ilə deyil, başqasının işində psevdo mütəxəssislik edir.

Xalqın da hörmət etdiyi bəzi dəyərli ilahiyatçılarımız var ki, teoloji bilgisi yetərincədir və bu baza imkan verir ki, uzunmüddətli müşahidə etdiyi ictimai-siyasi prosesləri yaxşı izlədiyindən proseslərə sağlam münasibət bildirsin.

Onu da deyim ki, ilahiyyatçı, yoxsa ruhani məsələsi bəzi hallarda qarışdırılır. Hər ilahiyyatçı ruhani deyil. İlahiyyatçı dinin ictimai rituallarını icra edirsə, ruhani sayılmalıdır. Yox, əgər ruhani fəaliyyəti yoxdursa, həmin şəxs ilahiyyatçı mütəxəssisdir.

Hər-halda hesab edirəm ki, ilahiyyatçı və ruhanilər ixtisasları ilə bağlı həqiqi diplom və ya müvafiq sənədə malik olmalı, dövrün müasir elmlərini bilməli, ictimai və fərdi psixologiyanı mənimsəməlidirlər. Hələ əhkam və Quran dərslərini tədris etmək ilahiyyatçı mütəxəssis olmaq demək deyil. Eyni zamanda pişnamaz olmaq və ya yas məclisləri aparmaq kamil ruhanilikdən xəbər verə bilməz. Bir sözlə, ilhiyyatçı və ruhani əsl Nəsrəddin Tusi olmalıdır. Nəsrəddin Tusi dövrünün müasir elmlərini bilmiş, ilahiyyat, astronomiya, psixologiya, politologiya və sosiologiya sahəsində birinci olmuşdur. İndi cəmiyyət savadlı və cəmiyyətdə həqiqi mənada mənəvi cəhətdən aparıcı, birinci ola biləcək din adamına ehtiayc duyur”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2014  11:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!