|
|
Hacı Şahin Həsənli - "Təkrarən Həcc ziyarətinə yollanmaq hədislərimizdə bəyənilən əməl kimi səciyyələndirilib"Həcc mövsümü başlayıb. Artıq bu gecə Azərbaycan zəvvarlarının ilk qrupu da Səudiyyə Ərəbistanına yola düşəcək. Onların arasında bu ibadəti ilk dəfə yerinə yetirənlər də var, Müqəddəs məkana təkrar gedənlər də. “Məşədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənli də sonuncu qrupa aiddir.Ahlibeyt.az-ın verdiyi xəbərə görə İslam.az Həcc mərasimi ilə bağlı Hacı Şahin Həsənliyə bir neçə sualla müraciət edib. - Zəvvar Həccə yola düşür... Həcc – yəni nə? - Bu olduqca əhatəli bir məsələdir və bu barədə çox danışmaq olar. Qısaca isə deyə bilərəm ki, Həcc ziyarəti insanlara bir dəfə vacib buyurulub. Bu da o deməkdir ki, insan bu ziyarəti bir dəfə doğru və dürüst yerinə yetirə bilsə, bu onun həyatının sonuna qədər kifayət edər. Həccin qəbul olmasının şərtlərindən biri də zəvvarın düşünməsi, təfəkkür etməsidir. Həcc həm fərdi, həm də ictimai bir ibadətdir. İnsan Allah qarşısında bəndəliyini etiraf edir. Orda insan ictimai mövqeyini unutmalıdır. Ehramı geyindikdən sonra dərk etməlidir ki, həqiqətən də Allahın quludur. Mən oxumuşam ki, tanınmış Malkolm İks Kəbə evi ətrafında təvaf edərkən belə bir qənaətə gəlir ki, İslamda irqi məsələlər öz həllini tapıb. Həqiqətən də, bu möhtəşəm səhnəni izlədikdə ümmətin bütün üzvlərinin bir və bərabər olduğu təsəvvürü yaranır. - Dəfələrlə bu mübarək məkanda olan müsəlman kimi ilk dəfə Həccə gedən zəvvarlara nə tövsiyyə verərdiniz? - Mən ilk dəfə Həcc ziyarətinə gedən müsəlmanlara tövsiyyə edərdim ki, orda digər zəvvarlarla qaynayıb qarışsınlar. Eyni zamanda Azərbaycanın problemlərini dünya miqyasında müsəlmanlara bəyan etməyə bir fürsətdir ki, bunu da əldən vermək olmaz. Həmçinin Həcc zamanı müsəlmanlar bir-birinin problemləri ilə maraqlanmalıdırlar. Azərbaycanlı hacılar Müqəddəs torpaqlarda vəhdəti hiss etdirməlidirlər və heç bir ayrıseçkiliyə qətiyyən yol vermək olmaz. Həmçinin tövsiyyə edərdim ki, zəvvarlarımız mümkün qədər çox camaat namazlarında iştirak etsinlər. - Bəzən müsəlmanlardan eşidirik ki, “filankəs dəfələrlə Həccə gedib, kaş ki, ora xərclədiklərini ehtiyaclılara ehsan edərdi”. Bu barədə nə düşünürsünüz? - İslama görə imkanı olan hər bir müsəlman həyatında bir dəfə mütləq Həcc ziyarətinə getməlidir. Amma hədislərimizə əsasən, Həccə dəfələrlə getmək bəyənilən əməldir. Burda da hər bir müsəlman üzərinə düşən vəzifəni fərdi olaraq müəyyənləşdirməlidir. Yəni nəyin daha vacib olduğunu özü təyin etməlidir: bir daha Müqəddəs torpaqlara ziyarətə getsin, yaxud sərəncamında olan vəsaiti xeyriyyə məqsədləri və ehtiyacı olanlar üçün xərcləsin. Qeyd etmək istərdim ki, əgər bir müsəlman xeyriyyəçiliklə məşğul olursa, bu məqsədlər üçün kifayət qədər vəsait ayırırsa, eyni zamanda Həccə də gedirsə, bu lap yaxşı. Amma bir daha vurğulayım ki, təkrarən Həcc ziyarətinə yollanmaq hədislərimizdə bəyənilən əməl kimi səciyyələndirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2014 19:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |