|
|
Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu gecə yola düşəcəkBu gecə saat 1:30-da zəvvarların ilk qrupu yola düşəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında bildirib. Müqəddəs Payızovun sözlərinə görə, ilk mərhələdə 375 zəvvar Həcc ziyarətinə yola düşəcək.
Qruplar artıq müəyyənləşdirilib və hər qrupda 40-42 nəfər olacaq. Ümumilikdə isə bu il Həcc ziyarətinə 3600 nəfər gedəcək. Zəvvarların Səudiyyə Ərəbistanında qarşılanmaları və orada qalmaları üçün bütün işlər tamamlanıb. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək. Səfər təxminən 4 saat çəkəcək. Şöbə müdiri bir daha xatırladıb ki, son bir necə ildə olduğu kimi səfərlər yalnız təyyarə ilə baş tutacaq. Belə ki, İraq və Suriyadakı hadisələrlə əlaqədar avtobuslarla səfərlər olmayacaq. Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2014 12:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |