|
Dünyanın bir sıra ölkələrindən din xadimləri,beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin təmsilçiləri noyabrın 17-si Bakıda toplanacaqAzərbaycan Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski ilə görüşüb.
Ahlibeyt.az-ın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,səfir təmsil etdiyi qurumun yeni əməkdaşlarını təqdim edib.
Sonra o, ATƏT missiyasının planlaşdırdığı layihələrdən söz açıb. Məlumat verib ki, “Dini tolerantlığın təşviqi” ilə bağlı hazırladıqları layihə Azərbaycan XİN-də təsdiq olunub: “Bu il noyabrın 17-də Bakıda həmin mövzuda konfrans keçiriləcək. Dünyanın bir sıra ölkələrindən din xadimlərinin, tanınmış alimlərin, siyasətçilərin, Avropa Şurası və UNESCO kimi nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, universitetlərin və vətəndaş cəmiyyətinin təmsilçilərinin dəvət olunacağı tədbirdən məqsəd Azərbaycanın dini tolerantlıq məskəni olduğunu vurğulamaq və bu sahədəki müsbət təcrübəsini dünyaya yaymaqdır”.
A.Şahtaxtinski bildirib ki, son dövrlər durmadan radikallaşan dünyada xalqları və millətləri, dövlətləri bir-birinə qarşı qoyan müxtəlif meyllərin gücləndiyi müşahidə olunur: “Bu baxımdan müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olduğunu göstərmək, ATƏT regionundakı qonşu ölkələrdə dini tolerantlığın vəziyyətinə nəzər salmaq, müqayisəli təhlillər aparmaq vacib və faydalıdır. Beynəlxalq miqyasda terrorizmin qarşısının alınması üçün bütün dünya dözümsüzlüyə, zərərli meyllərə qarşı mübarizədə səylərini birləşdirməlidir”.
ATƏT-in Bakı layihə əlaqələndiricisi “Dini tolerantlığın təşviqi”nə dair konfransın yüksək səviyyədə keçirilməsi üçün Milli Məclisin hərtərəfli dəstəyinə ehtiyac duyduqlarını bildirib, konfrans proqramının layihəsi barədə B.Muradovaya məlumat verib və təşkilati işlərlə bağlı məsləhətləşmələr aparıb.
B.Muradova Azərbaycanda yeni mandatla fəaliyyətə başlamış ATƏT missiyasının ümumi məsələlərdən uzaqlaşaraq konkret işlər, nəticə verən işlər görməsini razılıqla qarşılayıb və bu formatda əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyinə inam ifadə edib: “Dünyada gedən proseslərə toxunaraq qeyd etdi ki, hər hansı problemin səbəbləri və əlamətləri ilə mübarizə aparmaq daha səmərəlidir, nəinki nəticələri ilə”.
Görüşdə səslənən təkliflərə münasibətini açıqlayan B.Muradova bildirib ki, “Dini tolerantlığın təşviqi”nə dair layihəni dəstəkləyir: “Azərbaycan bu sahədə malik olduğu üstün cəhətləri, mövcud təcrübəsini bölüşməyə, mövqeyini ifadə etməyə hazırdır. Milli Məclis ATƏT missiyasının Bakı təmsilçilərinə köməyini əsirgəməyəcək”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2014 12:31 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |