إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bərdə İmamzadə abidəsi bərpa olunacaq

Bərdə İmamzadə abidəsi bərpa olunacaq - Oqtay Səmədov


Bilik Fondunun mətbuat konfransında həyata keçiriləcək layihələrdən danışılıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, fondun icraçı direktoru Oqtay Səmədov qeyd edib ki, qurumun yeni yaranmasına baxmayaraq artıq bir sıra vacib işlər həyata keçirirlib. Fondun icra edəcəyi işlərdən danışan qurum rəhbəri qarşıda iki vacib layihələrinin olduğunu bildirib: “Bilik Fondu yaradıldıqdan sonra biz intensiv olaraq iki layihənin icarsına başladıq. Birincisi “Dini abidələrdə tarixin izləri” layihəsidir.

Layihədən əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda müxtəlif dinlərə məxsus tarixi abidlər barədə informasiyanın toplanması və sistemləşdirilməsidir. Daha sonra isə onlarla ilkin tanışlıqdan sonra yerli əhalinin də iştirakı ilə tarixi abidlərin bərpası və abadlaşdırılmasıdır. İlkin mərhələdə “Bərdə İmamzadə” abidəsi hədəf kimi götürülüb. Bizim fondun əməkdaşları bu layihənin icrasına ciddi şəkildə başlayıblar. Biz yaxın günlərdə Bərdə İmamzadə ilə bağlı dəyirmi masa təşkil edəcəyik. Burada yüksək ixtisaslı tarixçilər və dinşunaslar da iştirak edəcəklər".

Qeyd edək ki, Bərdə İmamzadəsi türbə və məsciddən ibarətdir. Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məscid olan bu abidə akademik Dornun fikrincə, ilkin olaraq ziyarətgah-türbə formasında olub. Sonralar (XVIII əsrdə) ətrafında məscid tikilib. Məlumatlara görə,

Buradakı türbədə İmam Cəfəri Sadiqin qız nəvəsi İsmayıl dəfn olunub. İmamın III oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. Bu abidə Buxaradakı “çar Minar” abidəsi ilə oxşarlıq təşkil edir. A.A.Bakıxanov da “Gülüstani-İrəm” əsərində Bərdədə müqəddəs ziyarətgah yeri olduğunu göstərib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2014  11:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!