|
|
Milli Tolerantlıq Mərkəzi Cəlilabadda dini icmalar üçün seminar-treninq keçirib(fotolent)Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dəstəyi ilə Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində silsilə seminar-treninqlər davam edir. Növbəti seminar-treninq Cəlilabad şəhərində keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının I müavini Asif Əzizov, Milli Tolerantlıq Mərkəzinin rəhbəri Elmin Əliyev, cənub bölgəsinin dini icma rəhbərləri və ziyalıları iştirak edib. DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov bildirib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə hallarına yol veriləcəkdir. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə dini icmalarla birgə mübarizə aparılacaqdır. Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildrib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar treniniqlərin Dövlət Komitəsi ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir. Daha sonra paytaxtdan dəvət olunmuş ilahiyyatçı ekspertlər tərəfindən milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib. Tədbirin yekununda radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2014 12:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |