|
|
Həcc ziyarəti ilə bağlı açıqlamaQafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarətilə bağlı açıqlama yayıb.Ahlibeyt.az-ın verdiyi xəbərə görə İdarənin mətbuat xdmətinin məlumatında bildirilir ki, hər il olduğu kimi, bu il də Azərbaycan zəvvarları bir neçə gündən sonra müqəddəs yerlərə Həcc ziyarətinə yola düşəcəklər. İlk reys sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə həyata keçiriləcək. Artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bina və otellər icarəyə götürülmüş, zəvvarlarımızın nəqliyyat, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus “Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşurutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək. Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub. Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2014 11:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |