|
|
Mübariz Qurbanlı - “Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd edir” (foto)Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Quba şəhərində vətəndaşlarla görüşüb. “Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd edir”. Ahlibeyt.az -ın verdiyi xəbərə görə Qubada səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki; “Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd edir”. Komitə sədri bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını bildirib. Onun sözlərinə görə, belə təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil. DQİDK sədri Azərbaycandakı ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini bildirib. O, ölkədə dini icmalar arasında qarşıdurma ehtimalının belə olmadığını deyib. M. Qurbanlı Azərbaycanda dini icmalar arasında normal münasibətlər olduğunu vurğulayıb. Görüşə Quba ilə yanaşı, ölkənin şimal bölgəsinin digər rayonlarından olan sakinlər də qatılıblar. DQİDK-nın sədri vətəndaşları narahat edən məsələləri dinləyib, irəli sürülən təkliflər barədə birgə fikir mübadiləsi aparılıb. Dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət ediblər. Vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK-nın sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. Komitə sədri şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib. Görüşün sonunda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2014 15:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |