إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda ilk dəfə dini mövzuda film çəkildi(fotolent)

Rejissor Mahir Dərvişin çəkdiyi “Aşiqlər bağçası” silsiləsindən “Cəhd” adlı qısammetrajlı filminin çəkilişləri artıq yekunlaşmaq üzrədir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu haqqda rejissor Simsar.az-a açıqlama verib. Mahir Dərviş bildirib ki, film əsasən tərbiyəvi əhəmiyət daşıyır. Dini mövzuda çəkilən film 15 yaşlı yeniyetmənin üzərində qurulub.

Anasının sözünə qulaq asmayan gənc, qulağında qulaqcıq evdən çıxır və şəhərdə faytonun altında qalır. Huşunu itirən gənc gözlərini VII əsrdə, müharibənin içində açır. Həmin dövrdə baş verən dəhşətlərin şahdi olur. Filmin bəstəkarı əməkdar artist Elza Seyidcahan, həmçinin filmdə də rol alıb. Bəstəkar bu filmdə ana obrazı ilə çıxış edir. Mahir Dərviş qeyd edib ki: “Elza xanım bir film bəsəkarı kimi məni çox qane edir. Filmdə oynadığı ana obrazının da öhdəsindən gələ bilib. Onun xanım- xatun görkəmi var. Mənə elə gəlir ki, Elza xanım bu filmdə uğurlu aktyor seçimidir”.

Filmdə əsasən gənc aktyorlara üstünlük verdiyini deyən Mahir Dərviş, tanınmış aktyorlrın da filmdə iştirak etdiyini vurğulayıb: “Bu filmdə bir çox tanınmış aktyorlar da iştirak edib. Amma o aktyorlar peşəkar və tanınmış olmalarına baxmayaraq “Cəhd” filmində epizodik rollarda görünəcəklər. Mən o aktyorlara çox təşəkkür edirəm ki, onlar maddiyyata yox, mahiyyətə dəyər verib, tərəddüdsüz bu filmə çəkilməyə razılıq verdilər”.

Qeyd edək ki, filmdə əsas qəhrəmanı 15 yaşlı gənc aktyor Vidadi Həsənov, epizodik rolları isə Elşən Rüstəmov, Rəşad Kəsəmənli, Mirzə Ağayev, Rövşən Ağayev, Sərdar İgəndərov və başqaları canlandırıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2014  19:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!