|
Qurban bayramında rayonlardan Bakıya gətirilən heyvanlara ciddi nəzarət olunacaqDövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib. Ahlibeyt.azön verdiyi xəbərə görə bu barədə İnteraz-a DBX-nin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Qurum sözcüsü bildirib ki, artıq bugündən ət kəsim məntəqələlərində gecə monitorinqi də həyata keçiriləcək: “Eyni zamanda bayramla əlaqədar Noldulyar dermatit xəstəliyi riski olan rayon kəndlərindən Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək”-deyə Y. Xanvəli söyləyib. O, eyni zamanda qeyd edib ki, Qurban bayramında iribuynuzlu heyvanın kəsilməsinə heç bir qadağa qoyulmayacaq. Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2014 12:06 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |