إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK sədri - "Qeyri-ənənəvi, radikal dini cərəyanların qarşısının alınması üçün dini icmaların fəaliyyəti gücləndirilməlidir" (foto)

Mübariz Qurbanlı Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüşüb - FOTOLENT

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Nəsimi rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu var. Bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Nəsimi rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. Bildirib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərinin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibət tamamilə dəyişib. Ölkədə milli mənəvi dəyərlərə, dinə hər zaman hörmətlə və qayğı ilə yanaşılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

M.Qurbanlı bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlər tikilir, dini abidələr bərpa olunur. Bu isə dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.

Qeyri-ənənəvi, radikal dini cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmalarından danışan komitə sədri bunun qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatları Ziyad Səmədzadə və Asim Mollazadə çıxışlarında Azərbaycanın nəinki regionda, hətta Şərqdə özünün gücünü, iqtisadi və siyasi təhlükəsizliyini təmin edən dövlətə çevrildiyini bildiriblər. Onlar ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən, milli mənəvi dəyərlərimizə dövlət qayğısından, qeyri-ənənəvi cərəyanlara qarşı mübarizədən danışıblar.

Sonda dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2014  19:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!