|
Milli Tolerantlıq Mərkəzi seminar-treninqlərə yekun vurub (fotolent)Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə keçirilən silsilə seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub. Tədbirdə DQİDK, Milli Tolerantlıq Mərkəzinin rəhbərliyi, dini icmaların rəhbərləri və fəalları, habelə ilahiyyatçılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə MTM-nin direktoru Elmin Əliyev tədbiri açaraq bildirib ki, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilib. O, çıxışında dünyada baş verən bir çox müasir toqquşma və faciələrin məhz dini zəmində olan dözümsüzlükdən qaynaqlandığına diqqəti çəkərək, bu problemlərin aradan qaldırılması və gələcəkdə baş verməməsinin, digər vasitələrlə bərabər, məhz dözümlülük düşüncəsinin geniş yayılması ilə mümkün olacağını bildirmişdir. Dini radikalizmlə mübarizədə inzibati tədbirlər ən sonuncu mərhələ sayılmalı, ilk növbədə, problemin ideoloji müstəvidə çözülməsinə üstünlük verilməlidir. Ölkəmizdəki mövcud tolerantlığı qorumaq üçün bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha çox fəallıq göstərməsi vacibdir. DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxış edərək qeyd edib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli mədəni və dini münasibətlər mövcud olub. G.İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında mühüm körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib. Daha sonra tədbirdə Milli Tolerantlıq Mərkəzinin rəsmi saytının və “Hörmət Naminə Birləş” layihəsinin, eləcə də dini icmaların “Tolerantlıq şəbəkəsi”nin təqdimatı keçirilib, şəbəkə üzvlərinə sertifikatlar təqdim olunub. Təqdimatda qeyd olunub ki, ölkədə fəaliyyət göstərən və müxtəlif məzhəb və dinləri təmsil edən 15 dini icma, Milli Tolerantlıq Mərkəzi ilə birgə 5 böyük sosial əhəmiyyətli layihənin icrasına cəlb olunur və bu layihələr müxtəlif din və məzhəblərə aid dini icmaların əməkdaşlıq və işbirliyini artırmağa xidmət edəcəkdir. Eləcə də müxtəlif dinləri təmsil edən 20 dini icmanın iştirakı ilə yaradılan “Tolerantlıq Şəbəkəsi” də bu istiqamətdə dini icmaların daimi əməkdaşlığının saxlanması və genişlənməsinə xidmət edəcəkdir. Rəsmi aşılış və təqdmatlar mərhələsindən sonra, xüsusi dəvət olunmuş mühazirəçilər tərəfindən keçirilən seminar-treninqlərdə milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib, müxtəlif səpkili treninqlər həyata keçirilib. Tədbirin zamanı radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb. Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə layihəsi olaraq təsis edilib, rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və ölkə içi tədbirlər həyata keçirib. Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və ölkə içi tədbirlər həyata keçirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2014 12:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |