|
Milli Məclisdə yas mərasimləri ilə yanaşı qəbristanlıqlar barədə də qanun layihəsi müzakirəyə çıxarıla bilərAzərbaycanda yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Ahlibeyt.az-ın verdiyi məlumata görə Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib. Onun sözlərinə görə, bu qanun layihəsi çərçivəsində və ya buna paralel olaraq qəbiristanlıqlar haqqında qanun layihəsinin də hazırlanmasına ehtiyac var: "Biz bunları düşünürük. Milli Məclis işə başlayandan sonra bu barədə qərar verəcəyik. Biz o vaxt yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanması məsələsini müzakirə etdik, lakin başqa ölkələrdə də belə qanun olmadığına görə biz o zaman müzakirələri dayandırdıq. Amma qəbiristanlıqların qorunması haqqında qanun layihəsi bir çox ölkələrdə var. Ya bu iki məsələ ilə bağlı bir qanun layihəsi, yaxud da ayrılıqda iki qanun layihəsi hazırlamaq olar". M.Quliyev əlavə edib ki, bu barədə Azərbaycan rəhbərliyinin də tövsiyələri var, Qafqaz Müsəlmanları İdarəsi də artıq bu barədə öz tövsiyə və tapşırıqlarını verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2014 19:53 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |