|
Sumqayıt İcra Hakimiyyətindən yas mərasimlərindəki qadağalarla bağlı yeni AÇIQLAMAYas mərasimlərindəki israfçılıqla bağlı vətəndaşlar tərəfindən İcra Hakimiyyətinə dəfələrlə müraciətlər daxil olub. Belə israfçılıq hallarının qarşısının alınması, məqsədi ilə İcra Hakimiyyətindən tövsiyə xarakterli qərar qəbul olunub”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə bunu Modern.az saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun rəhbəri Ayaz İmaməliyev deyib. Onun sözlərinə görə, tövsiyə xarakteri daşıyan bu qərarın qadağa ilə heç bir əlaqəsi yoxdur: “Bu tövsiyə şifahi halda verilib. Yəni israf hallarına yol verilməsə, daha yaxşı olar. Biz insanlar yas mərasimləri olanda, çətin vəziyyətdə qalmasınlar deyə, onlara tövsiyələr veririk ki, israfa yol verməsinlər”. A. İmaməliyev deyir ki, bu qərar ictimaiyyətdə çox müsbət qarşılanıb: “Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları da insanlara bu tövsiyəni çatdırırlar. Bu qadağa deyil. Yas mərasimləri haqqında sərt qadağa qoyulmayıbsa, biz necə qadağalar qoya bilərik? Bu sadəcə bir tövsiyədir və ictimaiyyət tərəfindən də müsbət qarşılanıb”. Qeyd edək ki,bu gün bəzi KİV-lərdə məlumat yayılaraq bildirilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Məlumatlarda bildirilirdi ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014 20:38 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |