|
|
QMİ mətbuatda izləmə kameraları ilə bağlı yayılmış xəbələrə münasibət bildiribQafqaz Müsəlmanları İdarəsi (QMİ) bəzi KİV-lərdə izləmə kameraları ilə bağlı yayılmış xəbələrə münasibət bildirib. Ahlibeyt.az-ın İdarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, QMİ ilə bağlı yayılan provokativ xarakterli yazılarla bağlı bildirilir ki, bu, İdarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır. Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki, təhlükəsizlik kameraları ilə təchiz olunub. Həmçinin, məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zəruridir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014 17:29 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |