|
Bakıda Avropa Şurasının "Mədəniyyət və dinlərarası dialoq üzrə birgə forumu" davam edir“Mədəniyyətlərarası dialoq: “mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövsuzunda forumun bağlanış mərasimi keçirilir. Ahlibeyt.az-ın verdiyi məlumata görə forum çərçivəsində çıxış edən demokratiya, Avropa quruculuğu və dinlər qrupunun vitse-prezidenti sədr müavini Ata Qabriel Nissin dünyada dini və mədəni müxtəlifliyin artığını bildirib. O deyib: “Biz müəyyən etməliyik ki, hansı istiqamətdə yolumuzu davam edəcəyik? Hər kəs bu faktı yaxşı bilir ki, bir çox insanlar ayrıseçkiliyin qurbanına çevrilib. Forum çərçivəsində dinlərin oynadığı roldan və mədəni müxtəliflik barədə müzakirələr apardıq. Eyni zamanda, bu reallıqda qəbul edilməlidir ki, tolerantlıq termini hərtəfli şəkildə öz təyanıtını tapmayıb. Cəmiyyətdə ahəngdarlıq yaratmaq istəyiriksə ilk növbədə dözümsüzlüyü aradan qaldırmalıyıq.” Q.Nissin bildirib ki, qarşlılıqlı hörmət, cəmiyyət üzvləri arasında tarazlıq cəmiyyətdə dözümsülüyü aradan qaldırır. Universalizm qloballaşma tərəfindən gətirilən bir fonemendir. Bu meyarlar əslinda bizi mədəniyyətlərarası dialoqu qurmağa xidmət edir. Biz bu məsələlərin həllinə nail olsaq, ksenefobiyaya da son qoya bilərik. İnsan hüquqları və kommunikasiya üzrə icraçı katib, kilsə və cəmiyyət komissiyasının üzüvü Elizabeta Kitanoviç deyib ki, Azərbaycanda fəaliyyət göstərən gürcü yəhudi icmasının sədr müavini Moisey Bekkarın çıxışını xatırlatmaq istəyirəm. Moisey Bekkar nitqində Azərbayacanın çətin vəziyyətində ölkəni tərk etmiş yəhudilər Azərbaycana qayıtdıqlarını vurğulayıb. O söyləyib ki, bu ,ölkədə dini məsələr və onların dəstəkləməsi nəzərə alınır. Azərbaycanda həmişə hətta sovet dövründə də icmaların rahat fəaliyyətinə şərait yaradılıb. Mən də onun sözünə qoşularaq bildirmək istəyirəm ki, bütün dünyada tolerantlığın inkişafına şərait yaradılmalıdır və səhv streotiplər aradan qaldırılmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014 13:14 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |