|
Bakıda Avropa Şurasının "Mədəniyyət və dinlərarası dialoq üzrə birgə forumu" öz işinə başladı (FOTOLENT)Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilir.
Ahlibeyt.Salamnews-a istinadən xəbərə görə, mübadilə görüşünün açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mübadilə görüşünün iştirkçılarına müraciəti Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev təqdim edilib. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi “Ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək”. DQİDK sədri vurğulayıb ki, Avropa Şurası mübadilə görüşündə dini zəmində ekstremizm və radikalizmin gücləndiyi dünyamızda fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar olması ətrafında konstruktiv fikir mübadiləsi aparılacaq və dəyərli tövsiyələr səsləndiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Avropa Şurası Baş Katibinin müavini Gabriella Battaini-Dragoni, Avropa Şurası Parlament Assambleyası nın Mədəniyyət, elm, təhsil və media komitəsinin “Din azadlığı və dini təcrübələr” üzrə məruzəçisi Rəfael Hüseynov, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi prezidentinin nümayəndəsi Jean-Claude Frecon açılış nitqləri ilə çıxış ediblər. Tədbirdə müxtəlif dini konfessiyaları nümayəndələrinin məruzələri dinlənilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2014 13:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |