|
21 illik Qubadlı həsrəti - İşğal altındakı tariximiz və mənəvi sərvətlərimizimiz -21 illik Qubadlı həsrəti Ahlibeyt.az-ın məlumatına görə Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.
İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.
Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır : ibadətgallar Mağara məbədi (IV əsr) – Gavur dərəsi Mağara məbədi (XIV əsr) – Əlquluuşağı kəndi Məbəd (XV-XVI əsrlər) – Məmər kəndi Məscidin qalıqları (XV-XVI əsrlər) – Xələc kəndi Məscid (XVIII əsr) – Yusifbəyli kəndi Məscid (XVIII əsr) – Mollalı kəndi Məscid (XVIII əsr) – Mirlər kəndi Məscid (XVIII əsr) – Məmər kəndi Məscid (XIX əsr) – Dondarlı kəndi Məscid (XIX əsr) – Dəmirçilər kəndi Məscid (XIX əsr) – Mahrızlı kəndi Mağara ibadətgah – Əlquluuşağı kəndi Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi Ziyarətgahları Türbə (XIV əsr) – Dəmirçilər kəndi Türbə (XIV əsr) – Dəmirçilər kəndi Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü Türbə (XVII əsr) – Dəmirçilər kəndi Türbə (XVII əsr) – Gürcülü kəndi Türbə (XVIII əsr) – Xocamsaxlı kəndi Türbə (XVIII əsr) – Boynakərə kəndi İmamzadə - Cılfır kəndi Mir Sədi ağa ocağı – Mirlər kəndi Ağ hasar piri – Mirlər kəndi Mirmehdi ağa piri – Dondarlı kəndi Armudlu piri – Armudlu kəndi Səfərə baba piri – Saray kəndi Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı Salahlı piri – Mərdanlı kəndi İmamzadə - Novlu kəndi Umoy Kaha piri – Qaracallı kəndi Tarixi memarlıq abidələri Sığınacaq (IV əsr) – Əlquluuşağı, Balahəsənli, Zor kəndləri Göy qala (V əsr) – Əlquluuşağı kəndi Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi Qız qalası – Əlquluuşağı kəndi Məşədi Allahverdi bulağı (1834-cü il) – Əlquluuşağı kəndi Laləzar körpüsü (1867-ci il) – Əlquluuşağı kəndi Məmmədyar bulağı (XIX əsr) – Əlquluuşağı kəndi Paşa bulağı (1885-ci il) – Əlquluuşağı kəndi Hacı Bədəl körpüsü (XIX əsr) – Dəmirçilər kəndi Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əlquluuşağı kəndi Məbəd bulağı (XIX əsr) – Mahmudlu kəndi Körpü (XIX əsr) – Mahmudlu kəndi Qalalı qalası – Əlquluuşağı kəndi Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi Qalacıq qalası – Xocamsaxlı kəndi Qədim daş qoç və at heykəlləri – Qaracallı, Abdalanlı, Mahmudlu, Novlu kəndləri Koroğlu qalası – Əlquluuşağı kəndi Qara-Qaya sığınacağı – Mahmudlu kəndi Qalaça – Əlquluuşağı kəndi Daş sandıq – Məmər kəndi Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2014 12:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |