|
|
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfər edəcəkÜmumgürcüstan Patriarx-Katolikosu II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə telefonla zəng edərək təvəllüdünün 65-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik etmiş, ən xoş arzularını bildirmişdir. Gürcü xalqının dini lideri Şeyxülislam A. Paşazadəni yaxın günlərdə qardaş Gürcüstan torpağında salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini dilə gətirmişdir. Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib. Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində Qafqaz müsəlmanlarının ali dini lideri Şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcəkdir. Bu münasibətlə Tbilisidə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur. Yubiley tədbirlərində iştirak etmək üçün Şeyxülislam həzrətləri ilə birlikdə Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icma başçıları, ictimai xadimlər Gurcüstana səfər edəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2014 19:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |