|
Elçin Əsgərov-"Tarixən ölkəmizdə mövcud olmayan, müstəqlilliyin ilk illərdə ölkəmizə sızmış bir sıra cərəyanlar, dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər"İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə, Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ölkə üzrə silsilə seminar-treninqləri davam etdirir. "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə aparılması məqsədi ilə həyata keçirilir. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, növbəti treninq-seminar avqustun 22-də Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib. Əvvəlcə “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub. Tədbirin açılışında çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bildirib ki, bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə bir sıra ölkələrdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. “Lakin dünyaya örnək ola biləcək bu modeli sarsırtmaq üçün müxtəlif qüvvələr ölkəmizdə, xüsusən məzhəblər arasında gərginlik yaratmağa cəhdlər edir. Bu isə əksər hallarda radikal meylli dini cərəyanların əli ilə həyata keçirilir. Tarixən ölkəmizdə mövcud olmayan, müstəqlilliyin ilk illərdə ölkəmizə sızmış bir sıra cərəyanlar, dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər. Lakin istər dövlət səviyyyəsində, istərsə də yerli dini icmalar tərəfindən bunun qarşısı alınır. Ancaq bu o demək deyil ki, biz sadəcə seyrçi mövqeyində qalmalıyıq. Düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir ki, insanlar bu cür zərərli cərəyanların təsirinə düşməsinlər” DQİDK-nın Dini Qurumlarla İş şöbəsinin müdiri Niyaz Yaqublu çıxışında qeyd edib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu o demək deyil ki, bundan istifadə edən qüvvələrə göz yumulacaqdır. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaqdır. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır. Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildirib ki, silsilə treninqlər avqust-sentyabr ayları ərzində davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar treniniqlərin Dövlət Komitəsi ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir. Açılışdan sonra ayrı-ayrı panellərdə davam edən seminar treninqlərdə mövcud sahə üzrə ixtisaslaşmış ilahiyyatçı ekspertlərin məruzələri dinlənilib. Məruzələr milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətlərini əhatə edib. Müzakirələr şəklində keçən seminarda son vaxtlar dünyada baş verən proseslərin fonunda Azərbaycanın tolerantlıq ənənələrini zərbə altına qoyan qeyri-ənənəvi radikal cərəyanların fəallaşmasından narahatlıq ifadə olunub. Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilmişdir. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanmışdır. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2014 20:03 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |